Obamaya Rusiya ilə bağlı gizli təklif

Obamaya Rusiya ilə bağlı gizli təklif
  29 Avqust 2017    Oxunub:1578
Barak Obamaya prezidentliyi dövründə Rusiyaya qarşı sanksiya və ya müharibə etmək təklifi edilib.

AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı səfri Con Tefft “Exo Moskvı” radiostansiyasına müsahibəsində deyib.
Səfir bildirib ki, Rusiyaya qarşı sanksiyalar səmərəli olub: “Obama administrasiyasına seçim təqdim olunub: “Bəs siz Rusiya ilə müharibə aparmaq istəyirsiniz”? Heç kim bunu istəmirdi. Bildiyim qədər Rusiya da ABŞ-la müharibə etmək istəməzdi.”

Səfir qeyd edib ki, Rusiyaya qarşı son sanksiyalar kiberhücumlarla bağlı olub.

İlkin Nəcəfzadə
AzVision.az





Teqlər: ABŞ   Rusiya   Obama  





Xəbər lenti