ABŞ yeni atom bombasını sınaqdan keçirdi

ABŞ yeni atom bombasını sınaqdan keçirdi
  29 Avqust 2017    Oxunub:1827
ABŞ-da modifikasiya olunmuş “B61-12” nüvə bombasının ilk sınağı həyata keçirilib.

AzVision.az "Ria Novosti"yə istinadən xəbər verir ki, sınaqda ABŞ-ın Energetika Nazirliyinin Nüvə Təhlükəsizliyi Milli İdarəsi və Hərbi Hava Qüvvələrinin əməkdaşları iştirak edib.
Sınaqlar Nevada ştatındakı Tonopa poliqonunda həyata keçirilib. Belə ki, “F-15E” qırıcı-bombardmançı təyyarəsi nüvə başlığı olmayan iki bombanı aşağı atıb.

İdarədən sınaqların uğurlu keçdiyi bildirilib. “B61-12” hazırda mövcud olan “B61”in dörd modifikasiyasını əvəz etməlidir. Onun sınaqları hələ üç il davam edəcək.

AzVision.az


Teqlər: ABŞ   Atom   Bomba  





Xəbər lenti