Ermənilərin avtobusu Rusiyaya buraxılmır

Ermənilərin avtobusu Rusiyaya buraxılmır
  29 Avqust 2017    Oxunub:2389
Ermənistandan Rusiyaya gedən və içərisində 60 sərnişin olan avtobus Vladiqafqazda “Lars” nəzarət-buraxılış məntəqəsindən buraxılmayıb.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, nəqliyyat vasitəsi “Avazar” şirkətinə məxsusdur.
Şirkətin rəsmisi Vigen Arutyunyan bəyan edib, avtobusa keçid məntəqəsindən keçməyə icazə verilməyib. Buna səbəb sərnişinlərdən birinin 80 litr spirtli içkini özü ilə aparmasıdır.

Sərhədçilər spirtli içkinin partlayıcı maddə olacağından şübhələnirlər: “Artıq spirtli içki ekspertizaya göndərilib. Onun partlayıcı maddə olması ekspertizadan sonra bəlli olacaq”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ermənistan   Sərhəd   Rusiya  





Xəbər lenti