Türkiyə ilə Aİ arasında danışıqlar dayanıb

Türkiyə ilə  Aİ arasında danışıqlar dayanıb
  29 Avqust 2017    Oxunub:1812
“Türkiyə böyük addımlarla Avropadan uzaqlaşır”.
AzVision.az “Ria Novosti”-yə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker deyib:

“Sual doğuran məsələ ondan ibarətdir ki, Türkiyə ilə danışıqları dayandırmalıyıq, ya yox?! Bu, tamamilə nəzəri məsələdir. İstənilən halda, indi danışıqlar yoxdur".

O qeyd edib ki, rəsmi Ankara münasibətlərin pisləşməsinə görə məsuliyyəti Brüsselin üzərinə atmaq istəyir:

“Prezident Rəcəb Tayyib Ərdoğanla yaxşı münasibətlərimiz var. Amma onun bütün məsuliyyəti Avropa İttifaqının üzərinə yıxmaq məqsədi ilə Avropanın danışıqları dayandırmaq istədiyini bəyan etməsinə şübhə lə yanaşıram. Avropa Türkiyəyə Ərdoğan sisteminin ölkənin bu birliyə qoşulmasının qarşısını aldığını aydın şəkildə başa salmalıdır”.

AzVision.az


Teqlər: Avropa   Türkiyə  





Xəbər lenti