Ali məktəblərin necə kadr hazırlaması araşdırılacaq

Ali məktəblərin necə kadr hazırlaması araşdırılacaq
  12 Sentyabr 2013    Oxunub:915
Azərbaycan Təhsil Nazirliyi ali məktəblərin tələbə qəbulu aparılan ixtisaslar üzrə kadr hazırlaya bilib-bilmədiyini araşdıracaq.
AzVision.az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, ali məktəblərin ixtisasları bir daha nəzərdən keçiriləcək və müvafiq araşdırmalar aparılacaq. Bunun əsasında ali məktəbin öz ixtisasları üzrə kadr hazırlayıb-hazırlamayacağı barədə qərar veriləcək.

Bu zaman ali məktəbin maddi-texniki bazası, onun praktika təşkil etmək və digər imkanları öyrəniləcək.(Trend)


Teqlər:





Xəbər lenti