İrəvanda qızı girov götürən şəxs snayperlə vuruldu - VİDEO

İrəvanda qızı girov götürən şəxs snayperlə vuruldu - VİDEO
  29 Avqust 2017    Oxunub:8141
Ermənistanın paytaxtı İrəvanda insident yaşanıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, “Weekend” adlı bilyard klubunda 23 yaşlı qız naməlum şəxs tərəfindən girov götürülüb.
Dərhal hadisə yerinə polis əməkdaşları cəlb olunub. Polis cianyətkara təslim olmağı əmr edib. O, isə bu tələbə müsbt cavab verməyib, qızı öldürəcəyi ilə polisləri hədələyib.

Keçirilən əməliyyat zamanı polis həmin şəxsi snayperlə vuraraq zərərsizləşdirib. Məlumata görə, cinayətkar ağır xəsarət alıb. Girov götürülmüş qız yüngül xəsarət aldığından xəstəxanaya yerləşdirilib.

İnsidentlə bağlı digər detallar açıqlanmayıb.



AzVision.az


Teqlər: Ermənistan   İrəvan  





Xəbər lenti