AŞPA-nın müşahidə missiyası namizədlərlə görüşəcək

AŞPA-nın müşahidə missiyası namizədlərlə görüşəcək
  12 Sentyabr 2013    Oxunub:1038
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda prezident seçkiləri öncəsi vəziyyəti müşahidə etməyə gələn missiyası sabah bir sıra görüşlər keçirəcək.
AzVision.az xəbər verir ki, bu barədə Avropa Şurasının Bakı ofisindən məlumat veriblər.

Məlumatda bildirilir ki, Robert Uolterin rəhbərlik etdiyi 7 nəfərdən ibarət müşahidə missiyasının üzvləri sabah siyasi partiyaların, qeyri-hökümət təşkilatlarının nümayəndələri, media təmsilçiləri və prezidentliyə namizədlərlə görüşəcəklər.

Missiyanın səfəri sentyabrın 13-də başa çatacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti