Ermənilərdən acı etiraf: Orduda ciddi problemlər var

Ermənilərdən acı etiraf: Orduda ciddi problemlər var
  30 Avqust 2017    Oxunub:2872
Ermənistanın “Demokratiya bugün” ictimai təşkilatı ordudan təxris edilmiş 200 hərbi qulluqçu arasında sorğu keçirib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, araşdırmalar əsasında “Ermənistanda erməni ordusunun sağlamlıq hüququnun əsas məqamları” kitabı dərc edilib.

Ordudan tərxis olunan gənclərin fikrinə görə, bəzi hərbi hissələrdə, döyüş mövqelərində keyfiyyətli ərzaq, qarşılıqlı nizamnamə qaydaları, tibbi xidmət, təmiz su və difər sahələrdə çoxlu problemlər mövcuddur.

Sorğuda iştirak edənlər döyüş növbətçiliyi həyata keçirən hərbi hissələrdə psixoloqların olmasını vacib hesab etdiklərini qeyd ediblər. Bu barədə kitabın müəlliflərindən biri Anna İşxanyan jurnalistlərlə söhbət zamanı bildirib.

AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti