Ermənistanda kursantı döyərək öldürüblər

Ermənistanda kursantı döyərək öldürüblər
  30 Avqust 2017    Oxunub:2093
Ermənistan ordusunda qətl, intihar və işgəncə fatkları getdikcə daha da artır. Orduda törədilən qətllər əksər hallarda cəmiyyətə “intihar” kimi təqdim olunur. Araşdırmalar zamanı məlum olur ki, heç də bütün cinayətlər Ermənistanın Müdafiə Nazirliyinin hazırladığı ssenari ilə üst-üstə düşmür.
Vazgen Sarkisyan adına hərbi institutunun kursantı Haykaz Barseğyanın qətli ilə bağlı İrəvanın Avan və Nor Nork inzibati rayonlarının ümumi yuridiksiya məhkəməsində şahidlər dindirilib. İfadəsi alınan şəxslərdən biri həmin institutunun keçmiş kursantı Hovik Hovhannisyandır.

O, məhkəmədə bildirib ki, hadisə günü - 2015-ci ilin yanvar ayının 28-də dərs hazırlaşmaq üçün sübh tezdən yuxudan oyanıb. Dərs oxuduğu zamanı onun yanında qətldə təqsirləndirilən şəxslərdən biri Norik Sahakyan da olub.

Şahidin bildirdiyinə görə, o, Norik Sahakyan və Movses Azaryanı axşam saatlarında əlüzyuyulan yerdən çıxarkən görüb. Qnel Tevosyan və Vaçe Sahakyanı isə Haykaz Barseğyanı çiyinlərində pilləkanlardan aşağı endirərkən hadisəyə şahid olublar.

"Haykaz Qnel və Vaçenin çiyinlərində idi. Papağı vardı. Hərbi forma geyinmişdi. Digər detalları xatırlamıram. Sonra Vaçe və Norik də onunla aşağı endilər".

Şahidin sözlərinə görə, səhər saatlarında Haykaz Barseğyanı asılmış vəziyyətdə tapıblar. Bütün tabor çaxnaşma içində olub. Hovik Hovhannisyanın fikrincə, Qnel Tevosyan ilə həmin səhər özü gedib və onun atası Zarmik Markosyanla görüşüb. Görüş zamanı Qnel
Tevosyan atasına nəsə bir şey verib.

"Danışığı xatırlamıram, yalnız salafan verdiyini xatırlayıram. İçində nə olduğunu bilmirəm."

Şahidin ilkin istintaq ifadəsinə nəzər salan məhkəmə daha ətraflı detalları açıqlayıb. Belə ki, o, hadisə günü həqiqətən dərslə məşğul olub və pilləkənlərdən sürətli addımlayan ayaq səsləri eşidib. Özü və kursantlardan Artur Karapetyan hərbçilərdən birinin qaçaraq aşağıya düşdüyünü görüb. Həmin şəxsi görsələr də, kim olduğunu tanımayıblar. Çünki o, idman geyimində olub. Bir az keçdikdən sonra onlar yenidən səslər eşidib və şübhəlilərin Haykazı çiyinlərində necə aşağı düşürdüklərini görüblər.
"Haykaz gözləri bağlı vəziyyətdə idi. Başında idman papağı, əynində isə hərbi geyim və idman ayaqqabıları vardı. Onu aparırdılar. Düşündüm ki, bəlkə huşunu itirb, onu tibb məntəqəsinə aparırılar. Sonra yatmağa getdim. Səhər Haykazı idman qurğusundan asılmış vəziyyətdə tapdılar. Yəni onu asıblar. O, huşsuz vəziyyətdə özünü asa bilməzdi" -deyə şahid ilkin istintaq ifadəsində bildirib.

Şahidin verdiyi məlumata görə, Haykaz asılı vəziyyətdə tapıldıqdan sonra şübhəlilərdən Varazdat Safaryan hadisə yerinə toplaşan kursantlara deyib: "Demişəm və yenə də deyirəm! Kim nəsə bilir və danışır, mən onu..."

Daha sonra Norik Sahakyanın atası onu öz evinə apararaq bildirib: "Hovikə deyin, şahid dəyişsin, ya da oğlum mühakimə edilməsin".

Məhkəmədə qətllə bağlı digər şahidlər iştirak etməyib.

Qeyd edək ki, Haykaz Barseğyanın qətlində onun kursant yoldaşları, Qnel Tevosyan, Norik Sahakyan, Vaçe Sahakyan və Movses Azaryan təqsirli bilinir. İttihama görə onlar 2015-ci il yanvarın 29-da, saat 02:00-03:00 radələrində taborun yataq otağında kursant Haykaz Barseğyanı öldürüblər. Sonra izi itirmək məqsədilə onun cəsədini idman sahəsindəki alətdən asaraq, adından məktub yazıblar ki, guya o özü intihar edib.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Əsgər   İntihar  





Xəbər lenti