İranda sakinlərə hücum edilib - Ölən və yaralılar var

İranda sakinlərə hücum edilib - Ölən və yaralılar var
  30 Avqust 2017    Oxunub:1612
İranın paytaxtı Tehranda avtobus dayanacaqlarından birində naməlum şəxs bıçaqla insanlara hücum edib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, insident nəticəsində bir nəfər ölüb, iki nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

İlkin məlumata görə, onların vəziyyəti kafidir.

Cinayətkar polis tərəfindən saxlanılıb. Onun kimliyi açıqlanmayıb. Hadisənin səbəbləri ilə bağlı hələlik məlumat verilməyib.

Faktla bağlı araşdırma aparıldığı bildirilib.

AzVision.az


Teqlər: İran   Tehran  





Xəbər lenti