“Harvi” qurbanlarının sayı 30 nəfərə çatıb

“Harvi” qurbanlarının sayı 30 nəfərə çatıb
  30 Avqust 2017    Oxunub:1195
ABŞ-ın Texas ştatında tüğyan edən “Harvi” qasırğasının qurbanlarının sayı 30 nəfərə çatıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 13 mindən çox insan xilas edilib. Ölənlərin sayının artacağı istisna olunmur.

ABŞ prezidenti Donald Tramp təbii fəlakətin daha çox ziyan vurduğu Hyuston, Korpus-Kristi və Ostin şəhərlərinə baş çəkib. O, Texasa kömək göstərilməsi üçün Konqreslə birgə zəruri addımların atılacağını bildirib.

AzVision.az


Teqlər: ABŞ   Harvi   Qasırğa  





Xəbər lenti