“Lider” TV 17 yaşında tam fərqli formatda - Fotolar

“Lider” TV 17 yaşında tam fərqli formatda - Fotolar
  30 Avqust 2017    Oxunub:4192
Lider TV-nin fəaliyyətə başlamasının artıq 17-ci ilidir. “Lider” yarandığı gündən Azərbaycan izləyicisinə maraqlı intellektual və maarifləndirici proqramlar, operativ informasiya buraxılışları təqdim edib. Bu illər ərzində unudulmaz telelayihələrə
efir verən Lider TV izləyicisinə faydalı olacaq və dəyər qatacaq verilişlərə imza atıb.

Eyni istiqamətdə fəaliyyətini davam etdirən telekanal yeni mövsümdə demək olar
ki, əyləncə tipli verilişlərdən imtina edib. Yerli telekanallarda əyləncə xarakterli
verilişlərin çoxluğunu nəzərə alaraq, Lider TV cəmiyyətdə maraq doğuran və onları
narahat edən məsələlərlə bağlı verilişlərin sayını artırıb. Bununla da Lider yenə öz
fərqliliyini nümayiş etdirir.

Uzun zamandır telekanalın rəhbər şəxsələri tərəfindən nəzərdə tutulan yeni
formatda izləyicinin qarşısına çıxacaq Lider TV, informasiya buraxılışlarının sayını
artırıb. Artıq hər iki saatda bir “Səda” xəbərlər efirdə olacaq. Siyasi və sosial
xəbərlərlə yanaşı “Səda Ekonomiks”, “Telestadion”, “Səda Mədəniyyət”, “Səda
Region”, “Səda Dünya”, “Kriminform” ayrılıqda xəbər buraxılışları olacaq.
Beləliklə izləyiciyə daha dinamik, operativ və bol xəbərlər təqdim etmək imkanı
yaranacaq.

Telekanalın analitik və maarifləndirici verilişləri yeni mövsümdə də davam edəcək.
“Qum saatı”, “Mənim dostum”, “ Analar məktəbi” “Seçim”, “Mövqe”, “Əsgər
andı” ilə yanaşı “Lider”-in efirində bu tip yeni verilişlər də görəcəksiniz.
“Lider”-in sevilən siması Murad Arif də yeni mövsümdə efirdə öz yerini alacaq.
Sosial şəbəkələrdə müzakirəyə səbəb olan ən aktual məsələlər həm də Lider TV-də
müzakirə olunacaq.

Lider TV-nin praym-taymda (prime time) iqtisadi xəbərlər, “Səda”nin əsas
buraxılışı, “Sədadan sonra” - ölkədə və dünyada baş verən hadislərin analizi,
ardınca isə sosial məsələlərə həsr olunmuş verilişlər olacaq.

Yeni mövsümdə həm də yeni serialların izləyicilərə təqdim olunması nəzərdə
tutulub.

Qeyd edək ki, Lider TV productionlara dəstək olmaq məqsədi ilə peşəkar şəkildə
hazırlanmış və telekanalın prinsiplərinə uyğun verilişlərə efir verməyə hazırdır.
Fərqli və yüksək keyfiyyəti ilə Azərbaycan teleməkanında məktəb yaratmış Lider
TV bundan sonra da Azərbaycan cəmiyyətinin problemlərini işiqlandırmağa davam
edəcək və həllinə çalışacaqdır.










AzVision.az


Teqlər: LiderTV  





Xəbər lenti