KTMT baş katibinin korrupsiya əməlləri və Qarabağ müzakirəsi

KTMT baş katibinin korrupsiya əməlləri və Qarabağ müzakirəsi
  30 Avqust 2017    Oxunub:2112
Ermənistanın keçmiş baş qərargah rəisi, hazırda KTMT-nın baş katibi vəzifəsini tutan Yuri Xaçaturov yeni postunda ilk səfərini öz ölkəsinə edib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bir çox korrupsiya qalmaqalında adı hallanan Xaçaturovun səfərinin təsüdüfi olmadığını bildirilir.
Səfər çərçivəsində Xaçaturov prezident Serj Sarkisyan və parlamentin sədri tərəfindən qəbul edilib.

Danışıqlar zamanı Qarabağ məsələsi (halbuki bu məsələ KTMT-nin prinsiplərinə aid deyil-red ) və Ermənistanın təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə edilsə də, erməni ekspertlər hesab edirlər ki, Xaçaturovun səfərinin məqsədi tamamilə başqadır.

Xatırladaq ki, bu günlərdə Xaçaturovun keçmiş korrupsiya fəaliyyətini aşkar edən materiallar sosial şəbəkələrdə yayılıb.

Ehtimallara görə, İrəvan səfəri Sarkisyan və Xaçaturova cəmiyyət daxilində diqqəti yayındırmaq, KTMT kimi qurumda korrupsiya fəaliyyətlərinin "aparılmadığını" göstərmək üçün özünümüdafiə məqsədi güdür.

Bəhlul Rzayev
AzVision.az


Teqlər: Ermənistan   KTMT   Xaçaturov   Sarkisyan  





Xəbər lenti