Dəniz təhlükəsizliyi strategiyamız təsdiqləndi

Dəniz təhlükəsizliyi strategiyamız təsdiqləndi
  12 Sentyabr 2013    Oxunub:1228
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, sərəncamda qeyd olunur:

1. “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının dəniz təhlükəsizliyini təmin edən orqanlar öz fəaliyyətində Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyasının müddəalarını rəhbər tutsunlar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyasının müddəalarının yerinə yetirilməsinə nəzarəti həyata keçirsin və bu barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.



Teqlər:  





Xəbər lenti