Rusiyada erməni iş adamı qətlə yetirilib

Rusiyada erməni iş adamı qətlə yetirilib
  30 Avqust 2017    Oxunub:1944
Rusiyanın Çelyabinsk vilayətində erməni əsilli iş adamı Kamo Harutyunyan qətlə yetirilib.
AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, cinayətkar şəxs hələ tutulmayıb, onun axtarışları davam etdirilir.

Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, cinayət avqustun 29-da, saat 22:00-da baş verib. Ehtimal edilir ki, qətlə tərəflər arasında münaqişə səbəb olub .

Qeyd edilib ki, 36 yaşlı Harutyunyan naməlum şəxs yanına gələn zaman evin girişində olub. Bir qədər sonra onların arasında mübahisə düşüb. Cinayətkar üstündə gətirdiyi silahı çıxardarq erməni iş adamına 12 dəfə atəş açıb.

Hadisə yerindən qaçan şəxsin tapmaq üçün polis şahix axtarışına çıxıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Rusiya   Qətl   Erməni  





Xəbər lenti