Jurnalistlər üçün Qəbələ meşələrinə infotur

Jurnalistlər üçün Qəbələ meşələrinə infotur
  30 Avqust 2017    Oxunub:1544
“Ekoleks” Ekoloji Hüquq Mərkəzi ictimai birliyi Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Meşələrin mühafizəsi üzrə ictimai səylərin artırılması” adlı layihəsi çərçivəsində Qəbələ meşə bərpası və mühafizəsi müəssisəsinə xidmət etdiyi Qəbələ rayonu meşələrinə jurnalistlərin iştirakı ilə infatur təşkil edib.
İnfaturda “Azərtac” Dövlət İnformasiya Agentliyinin, Lent.az, Report.az, Ekspress, AzVision.az, Manera.az, Yeniavaz.com, Minval.az xəbər portallarının, Azərbaycan, Kaspi, Səs və Ədalət qəzetlərinin jurnalistləri iştirak edib.

Təşkilatdan AzVision.az -a verilən məlumata görə, infaturun keçirilməsində məqsəd meşələrin bərpası, istifadəsi və mühafizəsi sahəsində vəziyyəti müşahidə etmək, Qəbələ meşə bərpası və mühafizəsi müəssisəsinin fəaliyyəti ilə tanış olmaq, meşələrin bərpası işlərini görmək, meşələrin mühafizəsi sahəsində görülən işlər və ölkənin ən böyük turist bölgələrindən biri olan Qəbələdə meşə mühafizəsi və meşələrdən dayanıqlı istifadənin əlaqələndirilməsi təcrübəsini görmək idi.

İnfaturun keçirilməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin ionkişafı departamentinin əməkdaşı Cavid Qara və Qəbələ meşə bərpası və mühafizəsi müəssisəsinin meşəbəyisi Arzu Qafarov təşkilati yardım edib və jurnalistlərin suallarını cavablandırıb.
İnfatur zamanı məlumat verilib ki, meşə fondundan oduncaq tədarükü, ikinci dərəcəli meşə ehtiyatları tədarükü (kötük, lif, qabıq və başqaları), meşədən əlavə istifadə (ot çalını, pətəklərin və arıxanaların yerləşdirilməsi, yabanı meyvə, göbələk, giləmeyvə, gərzəkli və digər məhsullar, palıd qozası, dərman bitkiləri, texniki xammal, mamır, meşə döşənəyi, tökülmüş yarpaq, qarğı, qamış, gil və digərlərinin tədarükü və yığılması, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahı ilə müəyyənləşdirilən başqa əlavə istifadə), elmi-tədqiqat məqsədləri üçün, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri üçün və ovçuluq təsərrüfatı məqsədləri üçün istifadə edilir.

Məlumatda qeyd edilib ki, Qəbələ meşə bərpası və mühafizəsi müəssisəsinin ərazisindən turizm obyektlərinin yerləşdirilməsi məqsədilə istifadə daha geniş yayılıb. Bu istifadə müqavilə əsasında həyata keçirilir və meşələrdən istifadə edən hüquqi və fiziki şəxslər dövlət büdcəsinə müəyyən edilən icarə haqqını ödəyirlər. Onlarla bağlanan müqavilədə icarəyə götürdükləri meşə fondu torpaqlarında meşələrin mühafizəsini təmin etmək öhdəliyi onların üzərlərinə qoyulur.

Çay yataqlarında mühafizə tədbirlərinin gücləndirilməsi nəticəsində Vəndam, Dəmiraparan, Həmzəlli, Bum və Qaraçay çay yataqlarının yamaclarında meşələrin təbii bərpası baş verib və sel təhlükəsi azalıb.

Meşə bərpa fəaliyyətində son illərdə meşələrdə yetişən digər nov ağaclarla yanaşı qoz, fındıq, şabalıd və başqa məhsul verən ağac novlərini əkini də aparılır. İnfatur zamanı Qəbələ meşə bərpası və mühafizəsi müəssisəsinin tinglik təsərrüfatına və saldığı fındıq bağlarına da baxış keçirilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti