ABŞ-da bir milyon dollarlıq silah oğurlanıb

ABŞ-da bir milyon dollarlıq silah oğurlanıb
  31 Avqust 2017    Oxunub:1684
ABŞ-da hərbi bazanın anbarından 1 milyon dollar dəyərində silah oğurlanıb.

AzVision.az-ın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Kentukki ştatında, “Fort-Kempbell” hərbi bazasında qeydə alınıb.
Oğurlanan silah-sursatın bir hissəsi “qara bazar”da və “eBay” vasitəsi ilə Rusiya, Çin, Meksika, Honkonq, Qazaxıstan və Ukraynada olan bəzi sahibkarlara satılıb.

Hadisə ilə əlaqədar 6 hərbçi və 1 mülki şəxs saxlanılıb. Onlar cinayət törətdiklərini etiraf ediblər.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: ABŞ   Silah  





Xəbər lenti