36 avtomobilin iştirakı ilə zəncirvari qəza

36 avtomobilin iştirakı ilə zəncirvari qəza
  31 Avqust 2017    Oxunub:1188
Braziliyanın San-Paulu ştatında 36 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Jakaeri şəhərinin yaxınlığında qeydə alınıb. Belə ki, idarəetməni itirən yük avtomobili digər avtomobillərə çırpılıb.

Yolun dumanlı olması qəzanın miqyasını böyüdüb. Qəza nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb.

Hazırda hadisə yerində xilasedicilər işləyir.

İlkin Nəcəfzadə
AzVision.az





Teqlər: Braziliya   Qəza  





Xəbər lenti