Ermənistanda paralel Müdafiə Nazirliyi yaradılır

Ermənistanda paralel Müdafiə Nazirliyi yaradılır
  31 Avqust 2017    Oxunub:1672
Davit Tonoyan Ermənistanın fövqəladə hallar naziri təyin edildikdən sonra bu ölkənin Müdafiə Nazirliyindən çoxlu sayda kadrları rəybərlk etdiyi quruma gətirib.
AzVision.az "Hraparak"-a istinadən xəbər verir ki, artıq Ermənistanda Tonoyanın paralel Müdafiə Nazirliyi yaratdığı deyilir.

Məlumatlara görə, Davit Tonoyan Müdafiə Nazirliyindən öz "qoşununu" geri çağırıb. Onların sırasına heyət rəhbəri, köməkçi, katibə, tərcüməçilər, baş məsləhətçi və digər şəxslər daxildir.

Erməni nazir işdən azad etdiyi kadrların gələcəkdə digər dövlət müəssisələrinə qəbul edilməsinə qarşı çıxıb.

Şahin Qocayev
AzVision.az




Teqlər: Ermənistan  





Xəbər lenti