Yaponiya müdafiəsini gücləndirir

Yaponiya müdafiəsini gücləndirir
  31 Avqust 2017    Oxunub:1154
Yaponiya hərbi xərclərini rekor həddə artırır.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin nazirlik və idarələrinin 2018-ci ilin aprelində başlayacaq növbəti maliyyə ili üçün büdcə sorğularında Müdafiə Nazirliyi rekord miqdarda, yəni 5,25 trilyon yen (48,6 milyard dollar) həcmində büdcə vəsaiti sifariş edəcək.

Buna səbəb Şimali Koreyanın raket sınaqlarından yaranan təhlükədir. Nazirlik bununla əlaqədar ölkənin hava hücumundan müdafiə sistemini gücləndirmək üçün yeni avadanlıq alacaq.

Qeyd edək ki, hazırda Yaponiyanın 9 trilyon dollar məbləğində borcu var.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Yaponiya   silah   Şimali-Koreya  





Xəbər lenti