Rusiya Azərbaycana döyüş maşınları göndərir

Rusiya Azərbaycana döyüş maşınları göndərir
  31 Avqust 2017    Oxunub:4291
Rusiya Azərbaycana “BMP-3”lərin (Piyadanın Döyüş Maşınları) tədarükünü gələn il başa çatdırmağı planlaşdırır.

AzVision.az xəbər verir ki, bu barədə “TASS”-a hərbi-texniki əməkdaşlıq sistemindəki mənbə məlumat verib.
Müvafiq müqavilə 2010-cu ildə imzalanıb. Bundan öncə PDM-lərin 2016-cı ildə tədarük ediləcəyi deyilirdi. Lakin müəyyən səbəblərdən silahların tədarükü alınmamışdı.

Qeyd edək ki, 2010-cı ildə imzalanan müqaviləyə əsasən Rusiya Azərbaycana “T-90S” tanklarının üç batalyonunu, özüyeriyən artilleriyanı, reaktiv yaylım atəş sistemlərini və ağır alovsaçan sistemlərini tədrük etməlidir. KİV-in məlumatına görə, Azərbaycan həmçinin təmir-köçürmə və mühəndis maşınları da alıb.

Ekspertlər hesab edir ki, müqavilələr paketinin dəyəri 1 milyard dollara qədər təşkil edib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Rusiya   Azərbaycan   BMP-3  





Xəbər lenti