Texasda kimyəvi zavodda partlayış olub

Texasda kimyəvi zavodda partlayış olub
  31 Avqust 2017    Oxunub:1116
ABŞ-ın Texas ştatının Hyuston şəhəri yaxınlığında kimyəvi zavodda güclü partlayış olub.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, hadisə “Harvi” qasırğası nəticəsində yaranan daşqından sonra baş verib. Şəhərdə fəaliyyət göstərən digər zavodlar da bağlanıb.

Xatırladaq ki, “Harvi” qasırğası nəticəsində Texasda azı 33 nəfər həyatını itirib.

AzVision.az


Teqlər: ABŞ   Qasırğa  





Xəbər lenti