Cəbhədə gərginlik

Cəbhədə gərginlik
  12 Sentyabr 2013    Oxunub:1134
Milli Ordunun mövqeləri bir neçə istiqamətdən atəşə tutulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Baş Qərvənd, Şirvanlı, Yusifcanlı, Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.


Teqlər:  





Xəbər lenti