Zaxarova Hoqlandın Qarabağ bəyanatını şərh etdi

Zaxarova Hoqlandın Qarabağ bəyanatını şərh etdi
  31 Avqust 2017    Oxunub:1664
"Amerikalı həmsədr Riçard Hoqlandın bəyanatında yenilik yoxdur. Həmin fikirlərə Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı öz birgə bəyanatlarında dəfələrlə istinad ediblər".
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

"ABŞ-ın yeni həmsədr təyin etməsinə gəldikldə isə biz hunu alqışlayırıq. Yenilənmiş tərkibdə ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində səylərini davam etdirəcək. Ümid edirik ki, indiyə kimi olan komanda yanaşması bundan sonra da qorunub saxlanacaq", - Rusiya XİN sözçüsü deyib.

Zaxarova Ermənistan tərəfinin Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq zamanı atəşkəsin pozulması ilə bağlı yaydıqları məlumata münasibət bildirib. O qeyd edib ki, ekspertlər baş verən hadisəni öyrənməli və öz qiymətini verməlidir.

XİN rəsmisi, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə məlumatının olmadığını söyləyib: “Bu barədə məlumat olan kimi bildirəcəyik”.

AzVision.az



Teqlər: Rusiya   XİN   Zaxarova   Hoqland   Qarabağ  





Xəbər lenti