Ermənistanda nazirlikdə bomba həyəcanı - VİDEO (YENİLƏNİB)

Ermənistanda nazirlikdə bomba həyəcanı - VİDEO (YENİLƏNİB)
  01 Sentyabr 2017    Oxunub:12547
Ermənistanın Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin binasında bombanın olmasına dair xəbər yalan çıxıb.
Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyi Xilasetmə xidmətinin polkovniki Armen Badalyan deyib.

A.Badalyan bildirib ki, nazirliyin əməkdaşları yenidən öz iş yerlərinə qayıdıblar.

***

Bu gün saat 10:25 radələrində yayılan məlumata görə, İrəvanın Respublika meydanında yerləşən Nəqliyyat və Rabitə nazirliyinin binasına bomba qoyulub.

AzVision.az xəbər verir ki, məlumatı Tert.am-a Ermənistanın polisinin media və ictimaiyyətlə əlaqələr şöbəsindən təsdiq ediblər.

Hadisə yerinə xilasedici briqadalar cəlb olunub.

Məlumata görə, hazırda nazirliyinin işçiləri evakuasiya edilir.



Şahin Qocayev
AzVision.az



Teqlər: Ermənistan   İrəvan  





Xəbər lenti