“Qərb təklifimizi qəbul etsəydi, Qarabağ münaqişəsi çoxdan həll olunardı” - Lavrov
AzVision.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllim və tələbə heyəti ilə görüşündə deyib.
Nazir qeyd edib ki, Rusiya məsuliyyətli dövlətdir və son 20 ildə ATƏT çərçivəsində, eləcə də Rusiya-NATO Şurasında qəbul olunmuş bəyannamələrə sadiqdir: “Bu bəyannamələrdə tərəflərin Avroatlantika və Avrasiyada bərabər təhlükəsizlik məkanı formalaşdırmaq arzusu, eləcə də heç bir tərəfin öz təhlükəsizliyini digərinin təhlükəsizliyinə zərər gətirəcək şəkildə möhkəmləndirməyəcəyi vədi əksini tapıb”.
S. Lavrov qeyd olunan bəyannamələrin kağız üzərində qalmasından təəssüfləndiyini ifadə edib: “Bizim həmin sənədləri hüquqi öhdəlik şəklinə salmaq cəhdlərimiz Qərbdən olan həmkarlarımız tərəfindən rədd edilib. Mən əminəm ki, əgər bərabər və bölünməz təhlükəsizlik prinsipi doğrudan da hüquqi baxımdan məcburi formaya salınsaydı, hazırda Avropada olan bir çox münaqişələr çoxdan həllini tapardı”.
Rusiya XİN-in rəhbəri həmin münaqişələr sırasına Dağlıq Qarabağ və Dnestryanı ərazidəki münaqişələri adi edib: “Ukrayna böhranı isə heç baş verməzdi”. (APA)
AzVision.az