Rusiyada torpaq sürüşməsi: 20 turist xilas edilib (Yenilənib)

Rusiyada torpaq sürüşməsi: 20 turist xilas edilib (Yenilənib)
  01 Sentyabr 2017    Oxunub:1911
Kabarda-Balkar Respublikasının hökümətinin yaydığı məlumata görə,torpaq sürüşməsi nəticəsində təcrid olunan turistlərdən 20 nəfəri xilasedilib.

AzVision.az Rusiya mətbuatına istinadən bildirir ki, onlardan 7-i uşaq, 2nəfər isəxarici ölkə vətəndaşıdır.

***

Rusiyanın Kabarda-Balkar Respublikasında turizm bölgəsində torpaq sürüşməsi baş verib.

AzVision.az Rusiya mətbuatına istinadən bildirir ki, hadisə nəticəsində 500-dən çox adamın ətraf aləmlə əlaqəsi kəsilib. Onların əksəriyyətinin turistolduğu qeyd edilir.

Məlumata görə, 350 nəfərin olduğu 30 turizm bazası seldən sonra təcrid olunmuş vəziyyətdədir.

Hazırda bölgədə axtarış-xilasetmə işləri aparılır.

AzVision.az



Teqlər: Rusiya   Sürüşmə  





Xəbər lenti