Tillerson müsəlmanları təbrik edib

Tillerson müsəlmanları təbrik edib
  01 Sentyabr 2017    Oxunub:1777
ABŞ-ın xarici işlər naziri Reks Tillerson müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib.

AzVision.az xəbər verir ki, Tillerson yaydığı mesajda müsəlmanların Həcc ziyarətlərinin qəbul olmasını qeyd edib.
“Hər il olduğu kimi Məkkə və Mədinədəki Həcc ziyarəti ilə birlikdə, bütün müsəlmanların Qurban bayramını təbrik edirəm. Bu özəl gündə milyonlarca müsəlman bayramlaşır, darda olanları xatırlayır, ailə üzvləri və dostları ilə bayramı qeyd edir”.

Tillerson mesajını “Bayramınız mübarək, Həcciniz qəbul olsun” ifadələri ilə tamamlayıb.

AzVision.az



Teqlər: ABŞ   Tillerson   Qurban-bayramı  





Xəbər lenti