"ABŞ münasibətlərə xələl gətirir" - Putinin köməkçisi

"ABŞ münasibətlərə xələl gətirir" - Putinin köməkçisi
  01 Sentyabr 2017    Oxunub:1337
“ABŞ tərəfindən tərəfindən atılan addım ikili münasibətlərə xələl gətirir”.
AzVision.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ABŞ-ın San-Fransisko şəhərindəki Rusiya Baş Konsulluğunun və Vaşinqton, Nyu York şəhərlərindəki Rusiya diplomatik obyektlərinin bağlanmasını şərh edərkən deyib. O məsələyə reaksiya verilməsi ilə bağlı düşünəcəklərini qeyd edib.

“Bütün bunlar reyder üsulu ilə qəsb şəklində edilib, bu səbəblə artıq bu gündən San-Fransiskodakı konsulluq fəaliyyətini dayandırır”, deyə Y. Uşakov söyləyib. O qeyd edib ki, diplomatlara cəmi 1,5 gün vaxt verilib.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti avqustun 31-də San-Fransisko şəhərindəki Rusiya Baş Konsulluğunun, eləcə də Vaşinqton və Nyu York şəhərlərindəki Rusiyaya məxsus 2 diplomatik obyektin fəaliyyətinin dayandırıldığını açıqlayıb. Ağ Evdən bildirilib ki, qərarı şəxsən prezident Donald Tramp qəbul edib. Səbəb Rusiya tərəfindən bu ölkədəki ABŞ diplomatik personalının sayının azaldılması barədə verilmiş qərardır.

AzVision.az


Teqlər: ABŞ   Rusiya  





Xəbər lenti