Türkiyə ordusu şəhid verdi

Türkiyə ordusu şəhid verdi
  01 Sentyabr 2017    Oxunub:1068
Türkiyənin Bingöl bölgəsində təhlükəsizlik qüvvələri PKK terrorçularına qarşı əməliyyat keçiriblər.
AzVision.az "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, silahlı qarşıdurma nəticəsində təhlükəsizlik qüvvələrinin bir üzvü şəhid olub, bir hərbçi isə yaralanıb.

Yaralı hərbçi helikopterlə Bingöl Dövlət Xəstəxanasına yerləşdirilib.

Bölgədə əməliyyat davam etdirilir.

AzVision.az


Teqlər: Türkiyə   PKK   Terror   Şəhid  





Xəbər lenti