Ermənistan ordusunu tənqid edən kapitan həbs ediləcək

Ermənistan ordusunu tənqid edən kapitan həbs ediləcək
  02 Sentyabr 2017    Oxunub:1644
İşğalçı Ermənistan ordusunun zabiti, kapitan Edik Poqosyan xidmət etdiyi hərbi hissədə baş verənlərlə bağlı tükürpədici faktlar açıqlayıb. Tənqidi fikirlərinə etdiyinə görə, barəsində cinayət işi açılan kapitan həbs ediləcək.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Madagizdə yerləşən 33651 nömrəli hərbi hissədə xidmət edən, aktiv sosial şəbəkə istifadəçisi E.Poqosyan yazdığı paylaşmaların qurbanı olub.

Neqativ hallar barəsində yazdığı fikirlərə görə, komandanlıq tərəfindən təqiblərə, ağlasığmaz haqsızlıqlara məruz qalan E.Poqosyan hərbi hissəni özbaşına tərk edib.

Bir neçə gün əvvəl barəsində cinayət işi açılan və axtarış elan edilən kapitanın sosial səbəkə səhifələri bağladılıb.





AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti