Elmira Süleymanova əfv fərmanından danışdı

Elmira Süleymanova əfv fərmanından danışdı
  12 Sentyabr 2013    Oxunub:1160
`Növbəti əfv fərmanının verilməsinə ümidliyik. Bu ölkə başçısının səlahiyyətinə aid olan məsələdir və ölkə başçısı mütəmadi olaraq ildə bir neçə dəfə belə qərarlar verir`.

AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ombudsman Elmira Süleymanova bildirib.

O, qeyd edib ki, Ombudsman aparatı olaraq hər ay əfvlə bağlı bizə daxil olan müraciətləri Əfv komissiyasına göndəririk və bizim təkliflərimizə orada baxılır:

-Ombudsman aparatı olaraq bizim hüququmuz yoxdur ki, onların işinə qarışaq, qərar vermək hüququmuz yoxdur. Təklif vermək hüququmuz var ki, biz də bu hüquqdan istifadə edirik.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti