Ermənistan parlamentində bomba həyəcanı - Yenilənib

Ermənistan parlamentində bomba həyəcanı - Yenilənib
  02 Sentyabr 2017    Oxunub:6116
Ermənistan parlamentinin binasında aparılan yoxlanış zamanı hələ ki, bomba tapılmayıb.AzVision.az “news.am”-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan fövqəladə hallar nazirinin müavini David Karapetyan bildirib.
“Hələlik şübhəli heç nə tapılmayıb. Axtarış işləri hələ də davam edir”, - o vurğulayıb.

**

Bu gün Ermənistan parlamentinə bomba qoyulduğu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan FHN məlumat yayıb.

Belə ki, sentyabrın 2-si, saat 06:56-da Milli Yığıncağın binasına bomba qoyulduğu bildirilib. Zəng Baqramyan, 19 ünvanından daxil olub. Hadisə yerinə xilasedici briqadalar və xüsusi təyinatlıların xilasetmə əməliyyatlarının həyata keçirilməsi üzrə dəstəsi cəlb olunub.

Qeyd edək ki, ötən gün İrəvanın Respublika meydanında yerləşən Nəqliyyat və Rabitə nazirliyinin binasına bomba qoyulduğu barədə məlumat verilib. Məlumat öz təsdqini tapmamışdı.

İlkin Nəcəfzadə
AzVision.az





Teqlər: Ermənistan   FHN   bomba  





Xəbər lenti