Soros terrorçu elan oluna bilər: Petisiya 100 min səs topladı

Soros terrorçu elan oluna bilər: Petisiya 100 min səs topladı
  02 Sentyabr 2017    Oxunub:13764
Amerikalı milyarder Corc Sorosun terrorçu kimi tanınması xahişi ilə Prezident Donald Trampa ünvanlanan petisiya məsələnin Prezident Administrasiyasında baxılması üçün lazım olan 100 min səsi toplayıb.
AzVision.az xəbər verir ki, petisiya Ağ Evin saytında yerləşdirilib.

Petisiyanın mətnində bildirilir ki, Corc Soros qəsdən və daimi əsasda stabilliyi pozmağa, Birləşmiş Ştatlara və onun vətəndaşlarına qarşı zorakılıq aktları etməyə çalışıb. O, bu məqsədlə onlarla, hətta ola bilsin yüzlərlə təşkilat yaradıb və maliyyələşdirib.

Qeyd edək ki, C.Soros "Soros Fund Management" Fondunun təsisçisidir və dünyanın ən zəngin insanları sırasında yer alır. "Forbes" onun var-dövlətini 25 milyard dollar səviyyəsində qiymətləndirir.

AzVision.az





Teqlər: petisiya   ABŞ   Soros  





Xəbər lenti