Kiyevdə Saakaşvilinin qardaşını polis tutub

Kiyevdə Saakaşvilinin qardaşını polis tutub
  02 Sentyabr 2017    Oxunub:2070
Gürcüstanın sabiq preizdenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilinin qardaşı David Saakaşvili Kiyevdə polislər tərəfindən saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Saakaşvilinin özü məlumat verib. Onun sözlərinə görə, hüquqşunas olan qardaşı bu gün səhər saatlarında polis tərəfindən saxlanılaraq naməlum istiqamətdə aparılıb:

“Ukraynanın daxili işlər naziri Arseniy Avakovun adamları qardaşımı evdən çıxan zaman saxlayıblar. Onun Ukraynada yaşamaq üçün icazəsi var. Onlar hesab edirlər ki, bu cür addımlarla ölkəyə (Red-Ukranya) gəlməyimə nail olacaqlar. Siz məni çox pis tanıyırsız! Bu addımınız mənim Ukraynanı və Ukrayna vətəndaşlarını özbaşınalıqdan müdafiə etməklə bağlı qətiyyətli mövqeyimi daha da möhkəmləndirir”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ukrayna   Mixail-Saakaşvili  





Xəbər lenti