Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilib

Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilib
  02 Sentyabr 2017    Oxunub:1080
Qurban bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müxtəlif hərbi hissələrdə rəhbər heyətin iştirakı ilə keçirilən tədbirlərdə valideynlərlə görüşlər təşkil edilərək onları maraqlandıran məsələlərin müzakirəsi aparılıb.

Ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkib, həmçinin konsert proqramları və digər mədəni-kütləvi tədbirlərdə iştirak ediblər.




AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti