Türkiyə ordusu daha 22 terrorçunu zərərsizləşdirdi

Türkiyə ordusu daha 22 terrorçunu zərərsizləşdirdi
  27 Sentyabr 2024    Oxunub:375
Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Qara və Asos bölgələrində 21 PKK/YPG terrorçusu, Suriyanın şimalındakı Fərat Qalxanı bölgəsində isə 1 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Terrorçular onları gözləyən sondan qaça bilməz! Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Qara və Asos bölgələrində şəxsiyyəti müəyyən edilən 21 PKK terrorçusunu, Suriyanın şimalındakı Fərat Qalxanı bölgəsində isə 1 PKK/YPG terrorçusunu zərərsizləşdirib”,- deyə açıqlamada qeyd edilib.

Nazirliyin sözlərinə görə, Türkiyə ordusu terrorçuları məhv etməyə davam edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti