Avtomatlaşdırılmış pensiya təyinatı ilə bağlı statistika
DSMF-nin İctimaiyyətlə əlaqə sektorundan AzVision.az-a verilən məlumata görə, təyinat aparılan şəxslərin 135 nəfəri Bakı şəhərində, 221 nəfəri isə bölgələrdə yaşayan vətəndaşlar olub.
Əmək pensiyası təyinatı aparılan hər vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği və öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilib.
Eyni zamanda, hər bir vətəndaşa bununla bağlı xüsusi rəsmi bildiriş göndərilib.
Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda tətbiq olunan bu sistem pensiya yaşına çatmış hər bir vətəndaşa hər hansı sənəd toplamadan və vaxt itirmədən "190-0 Cağrı Mərkəzi" nə zəng vurub real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdırmaq imkanı verir.
Bu islahat tədbiri sistemdə şəffaflığın daha da artmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına, vətəndaşlarla Fond orqanları arasında münasibətlərin sadələşdirilməsinə, insan amilinin rolunun son dərəcə azaldılmasına şərait yaradır.
Qeyd edək ki, yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına 11 iyul 2013-cü il tarixdən etibarən başlanılıb.
Mirvari