İndoneziyada 5,2 bal gücündə zəlzələ olub

İndoneziyada 5,2 bal gücündə zəlzələ olub
  03 Sentyabr 2017    Oxunub:1156
İndoneziyanın cənub-şərqindəki Sumatra adasında 5,2 bal gücündə zəlzələ baş verib.
"Anadolu" agentliyinin məlumatına görə, zəlzələ ölkənin cənub-şərqindəki Sumatra adasında yerləşən Lampung bölgəsində hiss olunsa da dağıntı və insan tələfatına səbəb olmayıb.

Zəlzələnin bölgəyə yaxın yerlərdə də hiss olunduğu və son 2 gündə 4-cü dəfə baş verdiyi bildirilib.

AzVision.az


Teqlər: Zəlzələ  





Xəbər lenti