ABŞ və Yaponiya Şimali Koreyaya qarşı

ABŞ və Yaponiya Şimali Koreyaya qarşı
  03 Sentyabr 2017    Oxunub:1222
ABŞ prezidenti Donald Tramp və Yaponiyanın baş naziri Şinzo Abe telefon danışığı zamanı Şimali Koreya problemini müzakirə ediblər.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, ABŞ və Yaponiya liderləri Şimali Koreyaya qarşı təzyiqi ən yüksək səviyyəyə qaldırmaq məsələsində razılığa gəliblər.

Liderlər Şimali Koreyanın ABŞ, Yaponiya və Cənubi Koreyaya qarşı təhdidlərini müzakirə edib. Telefon danışığında Trampın BMT meyarları əsasında üç ölkənin yaxın əlaqəsinin əhəmiyyətinə diqqət yetirdiyi qeyd edilib.

AzVision.az


Teqlər: ABŞ   Yaponiya   Tramp  





Xəbər lenti