"Azərbaycan - İran əlaqələri yüksək səviyyədədir" - Höccətülislam

"Azərbaycan - İran əlaqələri yüksək səviyyədədir" - Höccətülislam
  03 Sentyabr 2017    Oxunub:2452
İran dini rəhbərinin Şərqi Azərbaycan üzrə nümayəndəsi, Təbriz imamcüməsi höccətülislam seyid Məhəmmədəli Al- Haşim ilə azərbaycanlı jurnalist heyəti arasında görüş keçirilib.
AzVision.az-ın Təbrizə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, İmamcümə media nümayəndələrini salamlayaraq onlarla müqəddəs Qurban bayramı günlərində görüşməkdən məmnun qaldığını bildirib.

Seyid Məhəmmədəli Al- Haşimi qeyd edib ki, Azərbaycanla İran arasında əlaqələr həmişə yüksək səviyyədə olub və bundan sonra da belə olacaq: "Düşmənlərimiz həmişə istəyib ki, araya girsinlər, amma buna nail olmayıblar. Bəzi ölkələrin müsəlman Azərbaycanı ilə İran arasında düşmənçilik toxumu səpmək istəyirlər".

İmamcümə onu da vurğulayıb ki, İslam hümməti arasında təxribat toxumu səpənlərə qarşı jurnalistlər də ciddi mübarizə aparmalıdır: "25-26 il əvvəl Bakıda olmuşdum. Səfiriniz məni yenə dəvət edib. Bakıda olarkən ətraf kəndlərə də, o cümlədən Nardaranda getmişdim. Çox xoşuma gəldi kəndləriniz.Vaxtilə Heydər Əliyev bu evə gələrək Təbrizin məndən öncəki imamcüməsi ilə görüşüb. Hər ikisi rəhmətə gedib - Allah rəhmət eləsin onlara".

Höccətilislam prezident İlham Əliyevi də təqdir etməyi unutmayıb. O, qeyd edib ki, İrana səfəri zamanı Ali Dini rəhbərlə görüşən Azərbaycanın dövlət başçısı çox xoş təəssüratlar yaradıb.







Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İran   Təbriz  





Xəbər lenti