73 min müsəlman Myanmadan Banqladeşə qaçıb

73 min müsəlman Myanmadan Banqladeşə qaçıb
  03 Sentyabr 2017    Oxunub:1841
Myanmada amansız qətl və işgəncələrə məruz qalan minlərlə müsəlman ölkəni tərk edib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 73 mindən çox müsəlman ordu və buddist millətçilərin hücumlarından xilas olmaq üçün Banqladeşə qaçıb.

Myanma ordusunun Arakana hücumu nəticəsində onlarla kənd yandırılıb, çoxlu sayda müsəlman qətlə yetirilib.

Son həftə ərzində Myanmada 3 mindən çox müsəlmanın qətlə yetirildiyi bildirilir.

AzVision.az


Teqlər: Myanma  





Xəbər lenti