BMT miqrantların sayına görə lider ölkələri açıqladı

  12 Sentyabr 2013    Oxunub : 307
BMT miqrantların sayına görə lider ölkələri açıqladı
Dünya üzrə miqrantların yarısından çoxu 10 ölkədə cəmləşib.

Ölkədə miqrantların sayının çoxluğuna görə lider Amerika Birləşmiş Ştatlarıdır. Bu barədə BMT-nin hesabatında bildirilir. Məlumata görə, ABŞ-da 45.8 milyon miqrant var. İkinci yerdə Rusiya (11 milyon miqrant), üçüncü yerdə isə Almaniya(9.8 milyon) dayanır.

Ən məşhur miqrant koridoru isə Meksika-ABŞ marşrutu olaraq qalır. Bu istiqamətdə təkcə bu il 13 milyon nəfər köç edib. Əsas on miqrasiya marşrutları siyahısında Rusiya-Ukrayna (3.5 milyon), Ukrayna-Rusiya (2.9 milyon), eləcə də Qazaxıstan- Rusiya (2.5 milyon) marşrutları da var.

BMT ekspertləri, ümumilikdə miqrasiyanın səviyyəsinin hədsiz artdığını qeyd edirlər. Bu il 232 milyon insan öz ölkəsi xaricində yaşamağa qərar verib ki , bu da planetin 3.2%-nin miqrant olduğundan xəbər verir.

Səbinə Həsənova

Teqlər: