Milli Məclisdə əlil gənclərin vəziyyəti müzakirə olundu

Milli Məclisdə əlil gənclərin vəziyyəti müzakirə olundu
  12 Sentyabr 2013    Oxunub:996
Milli Məclisdə “Şərq nağılı” fiziki qüsurlu insanların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə konfrans öz işinə başlayıb.

AzVision.az xəbər verir ki, millət vəkili Hadı Rəcəbli konfransı açıq elan edərək bu gün əlillərlə bağlı Azərbaycanda xeyli işlərin aparıldığını bildirib.

O, qeyd edib ki, Azərbaycanda parolimpiya idman növü geniş vüsət alıb, Sumqayıtda bununla bağlı geniş idman kompleksi açılıb.

O bildirib ki, “Şərq nağılı” festivalına 10 ölkənin 200 nümayəndəsi iştirak edir.

-Rusiyada əlillərlə bağlı problemlər var, lakin biz onların həlli istiqamətində işlər aparırıq, deyə o xüsusilə vurğulayıb:

Moskva şəhər dumasının səıdr müavini oleq smolin isə qeyd edib ki, keçən il biz əlillərlə bağlı konvensiyanı ratifikasiya etmişik.

-Rusiya Dumasında 9 əlil deputat var ki, onlardan 4-ü əlil arabasındadır . Parlamentdə onlar üçün hər cür şərait yaradılıb. Bizim bunları etməkdə məqsədimiz başqa yerlərdə əlillərin sərbəst hərəkəti üçün şəraitin yaradılmasını təmin etməkdir.

Daha sonra gənclər və diman nazirliyinin müavini İntiqam Babayev bildirib ki, hər il gənclərlə bağlı Gənclər və İdman Nazirliyi tərəfindən düşərgələr təşkil edilir. O qeyd edib ki, artıq 18 ildir ki, Azərbaycanda əlillər parolimpiya oyunlarında iştirak edirlər.

“Onlar bu yarışlarda müxtəlif yerlər tutur və Azərbaycan himninin səslənməsinə nail olurlar. Bu gün Azərbaycanda hər dövlət qurumunun sahəsinə uyğun olaraq əlillərlə bağlı kifayət qədər layihələr həyata keçirilir ki, onlar cəmiyyətin tam bərabərhüquqlu üzvi kimi iştirak etsinlər. Görüləsi işlərimiz də var ki, bunlar da hələ qabaqdadır. İctimai təşkilatlar, millət vəkilləri və biz çalışmalıyıq ki, bu sahədə uğurlar əldə edək”.

Tədbirdə Dünya Əlillər Cəmiyyətinin vitse-prezidenti Necdet Öztürk, Rusiya Dövlət Dumasının Elm və təhsil komitəsinin sədr müavini Oleq Smolin, Azərbaycan Ombudsmanı Elmira Süleymanova, Rusiya Korlar Cəmiyyətinin sədri, azərbaycanlı deputatlar və QHT nümayəndələri iştirak edirlər.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti