Myanma hökuməti BMT-nin köməyindən imtina etdi

Myanma hökuməti BMT-nin köməyindən imtina etdi
  04 Sentyabr 2017    Oxunub:2343
Myanma hökuməti BMT-nin ölkənin şimalındakı Rohingya ştatında yaşayan müsəlman əhaliyə yardım göstərməsindən imtina edib.
Myanma BMT qurumlarına ərzaq, su və dərman preparatları gətirməsinə icazə vermir.

BMT-nin Myanmadakı rezident-əlaqələndiricisinin ofisindən bildirilib ki, hökumətin tətbiq etdiyi məhdudiyyətlər və təhlükəsizlik məsələləri ilə əlaqədar yardımlar dayandırılıb: "BMT yerli hakimiyyətlə daimi əlaqədədir və humanitar yardımların mümkün qədər tez çatdırılmasına cəhd göstərir".

Myanma hökuməti Rohingyadan fərqli olaraq digər ştatlara yardıma icazə verir.

Qeyd edək ki, YUNİCEF, BMT Fondu və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bir həftədən çoxdur ölkənin şimal ştatlarında fəaliyyət göstərə bilmirlər.

AzVision.az


Teqlər: Myanma   BMT  





Xəbər lenti