Türkiyədə 27 terrorçu məhv edilib

Türkiyədə 27 terrorçu məhv edilib
  05 Sentyabr 2017    Oxunub:1307
Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı mübarizəni davam etdirir.
Türkiyə KİV-lərinin məlumatına görə, son bir həftə ərzində 27 terrorçu məhv edilib.

Türkiyə Daxili İşlər Nazirliyi xəbər verir ki, təhlükəsizlik qüvvələrinin avqustun 28-dən sentyabrın 3-dək keçirdiyi əməliyyat zamanı 6 terrorçu yaxalanıb. Bu müddətdə 10 silahlı təslim olub. Bununla yanaşı, terrorçularla əlaqədə şübhəli bilinən 285 nəfər saxlanılıb.

Əməliyyatlar zamanı həmçinin 16 atıcı silah, 9 əl qumbarası, 470 kiloqram partlayıcı maddə müsadirə olunub. Terrorçuların 9 sığınacağı məhv edilib.

AzVision.az


Teqlər: Türkiyə   PKK  





Xəbər lenti