Seçki məntəqələrinin yaradılmasına başlandı
AzVision.az Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş əsnasında nazir müavini Nadir Hüseynov xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində səsvermə hüquqlarının həyata keçirilməsi məqsədilə görülmüş işlər barədə məlumat verərək bildirib ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 35.6-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında müvafiq seçki məntəqələri yaradılıb.
Müşahidə missiyasının üzvü Vladimir Qarkun məlumat verib ki, seçkiqabağı vəziyyəti izləmək üçün MDB missiyasının 20 nəfərlik heyəti Azərbaycanda yaradılmış qərargahda fəaliyyət göstərir. Vladimir Qarkun missiyanın tərkibinə 300 nəfər qısamüddətli müşahidəçinin daxil olacağını qeyd edərək, onların əsasən millət vəkilləri və seçki komissiyalarının sədrlərindən ibarət olacağını bildirib.