Özbəkistan kəskin devalvasiyaya getdi

Özbəkistan kəskin devalvasiyaya getdi
  05 Sentyabr 2017    Oxunub:2701
Özbəkistanın Mərkəzi Bankı (MB) sentyabrın 5-dən milli valyuta-sumun kəskin devalvasiyasını edib.
Mərkəzi Bank 1 dolları 8100 sum səviyyəsində müəyyənləşdirib. Bu da ötən həftə ilə müqayisədə 3889,65 sum yuxarıdır. Əvvəl 1 dollar 4210,35 sum olub.

Bank sumu digər xarici valyutalara nisbətdə də devalvasiya edib. Avronun məzənnəsi 9645,48 sum səviyyəsində müəyyənləşdirilib ki, bu da əvvəlki məzənnədən 4878,601 sum yüksəkdir. Rublun məzənnəsi 68,731 sumdan 139,91 suma qalxıb.

AzVision.az


Teqlər: Özbəkistan   Devalvasiya  





Xəbər lenti