Dünyada 1 milyard 180 milyon əlil var

Dünyada 1 milyard 180 milyon əlil var
  12 Sentyabr 2013    Oxunub:3455
“Bu gün dünyada 1 milyard 180 milyon əlil var”.

AzVision.az xəbər verir ki, bu sözləri Dünya Əlillər Cəmiyyətinin vitse-prezidenti Necdet Öztürk bu gün Azərbaycan Milli Məclisində fiziki imkanları məhdud gənclərlə bağlı “Şərq nağılı” adlı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, BMT-in Əlillərin hüquqları haqqında Konvensiyası 187 ölkə tərəfindən imzalanıb, 142 ölkə tərəfindən təsdiqlənib.

“Bu gün dünyada 1 milyard 180 milyon əngəl var. Əngəllilər dövlətin, universitetin , sivil cəmiyyətlərin marağında olmalıdır. Yəni, inkişaf etmiş ölkələrdə əngəllilərin haqları sivil cəmiyyətlər tərəfindən tələb edilir. Universitetlər tərəfindən layihələr hazırlayır, dövlət tərəfindən həyata keçirilir, cəmiyyət tərfindən sahib çıxılır.

Azərbaycanın Bakı şəhərində, qardaş ölkə bu gün yenidən qurulur, ancaq əngəllilər üçün çox ciddi problemlər var. Gözdən əlillər üçün küçələrdə, giriş çıxışlarda problemlər yaşayırlar. Məsələn, bu binaya girəndə əlil şəxsləri mühafizəçilər yuxarı qaldırmaq üçün qucaqlarına aldılar”.

N.Öztürkün bu sözlərinə millət vəkili Hadi Rəcəbli belə cavab verib:

“Biz parlamentin qəbul otağı üçün bunu hazırlamışıq, amma parlamentə girənlər üçün bunu etməmişik”.

Necdat Öztürk bildirib ki, memarlıq istiqamətində insanlarda bilgi əksikliyi var:

“Biz Təhsil Nazirliyindən, sosial işlərlə məşğul olan nazirliklərdən, memarlıq işləri ilə bağlı nazirliklərdən tələb edirik ki, əngəllilər öz hüquqlarından istifadə edə bilsinlər. Bu tələbin yerinə yetirilmə bilməsi üçün kömək etməyə çalışırıq”.

Dünya Əlillər Cəmiyyətinin vitse-prezidenti əlillərin təhsil alarkən yaşadıqları problemlərdən danışıb:

“Əlil uşaqlar öncə evdən məktəbə getməlidirlər ki, təhsil alsınlar. Əgər bir insanın təhsil haqqı onun fiziki durumuna görə əngəllənirsə, o əlil insan həmişə dövlətin, cəmiyyətin problemi olaraq qalır. Çünki o insan təhsil almayıb, təhsil haqqı verilməyib ona. Cəmiyyətə xeyir verə bilmir və həmişə kimdənsə kömək istəmək məcburiyyətində qalırlar. Deməli, müasir dövlət bütün vətəndaşlarına eyni, ədalətli münasibət bəsləməlidir. Biz xüsusilə Azərbaycanın yeni gələcəyində bütün insanlara bərabər, ədalətli fürsət verilməsini istəyirik və Dünya Əngəllər Birliyi olaraq, tələb edirik”.

Hadi Rəcəbli isə bildirib ki, Milli Məclis tərəfidən qəbul edilən elə bir qanun yoxdur ki, orada əlillərlə bağlı bənd olmasın. Eləcə də bütün yeraltı keçidlərdə, metrolarda əlillər üçün keçidlər quraşdırılıb.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti