“Tramp mənim nişanlım deyil” - Putindən ironik cavab

“Tramp mənim nişanlım deyil” - Putindən ironik cavab
  05 Sentyabr 2017    Oxunub:2016
Rusiya ölkədəki amerikalı diplomatların sayını yenidən azalda bilər.

AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çinin Syamen şəhərində keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, rəsmi Moskva bu hüququnu özündə saxlayır
“Hələ ki, biz bu barədə düşünmürük. Moskva və Vaşinqton diplomatik işçilərin sayını bərabərləşdirmək barədə razılığa gəlib. Təxminən 1300 amerikalı diplomat Rusiyada işləyirdi, Rusiyanın isə ABŞ-dakı diplomatlarının sayı 455 idi. Bununla belə ABŞ-da 455 rusiyalı diplomatdan 155-i BMT yanında çalışır. Daha dəqiq desək, onlar Dövlət Departamenti yanında akkreditasiya olunmuş diplomatlar deyillər və beynəlxalq təşkilatının əməkdaşlarıdır”.

Jurnalistin “Amerikalı həmkarınız Donald Trampın fəaliyyətindən məyus olmusunuzmu” sualına cavabında Putin bildirib: “Məyusluqla bağlı onu deyə bilərəm ki, nə o, mənim nişanlım deyil, nədə ki, mən onun nişanlısı deyiləm ki, məyus olum. Biz dövlət fəaliyyəti ilə məşğul oluruq. Hər ölkənin öz maraqları var”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Vladimir-Putin   Rusiya   ABŞ  





Xəbər lenti